Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
SEPAH-dan İsrailə XƏBƏRDARLIQ: "Əgər hücum olarsa, neft zavodlarına zərbələr endiriləcək"
"İsrail İran ərazisinə hücum edərsə, İran İsrailin neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcək".
Oxu.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandirinin müavini, kontr-admiral Əli Fədavi deyib.
"İşğalçılar səhv etsələr, biz onların bütün enerji mənbələrinə, neft emalı zavodlarına və qaz yataqlarına zərbələr endirəcəyik", - Əli Fədavi vurğulayıb.
Qeyd edək ki, oktyabrın 4-də İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei Tehranda cümə namazı zamanı İran İslam Respublikasının İsrailə qarşı sonuncu raket hücumunun qanuni olduğunu bildirib.
Rəylər