Səudiyyə Ərəbistanının Ciddə şəhəri yaxınlığındakı hava limanına eniş edən “Iraqi Airways” aviaşirkətinə məxsus təyyarənin şassisində yanğın baş verib.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident zamanı təyyarədən 365 sərnişin dərhal təxliyə edilib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının səbəbi müəyyənləşdirilir.
N.О.