Suriyanın şimalındakı Əl-Bab şəhərinin İŞİD silahlılarından azad olunması uğrunda gedən döyüşlərdə türk hərbçisi həlak olub, daha biri isə yaralanıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Silahlı Qüvvələrin Baş Qərargahından bildirib.
Qeyd edək ki, Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir.
N.O.