Səudiyyə Ərəbistanı “neft əsrinin alatoranlığına” hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Bloomberg-ə verdiyi müsahibəsində kral ailəsinin nümayəndəsi Muhammad ibn Salman bildirib.
O qeyd edib ki, ölkə iki trilyon dollar həcmində müstəqil fond yaratmağı planlaşdırır. Pullar neft asılılığından azad olmaq üçün istifadə ediləcək.
Bundan başqa, “Saudi Aramco” dövlət neft şirkəti 2017-ci ildə birjaya çıxarıla bilər. Hökumət bazarda müəssisənin səhmlərinin beş faizinə qədərini satmağı planlaşdırır.
Kotirovkaların sabitləşdirilməsi üçün neft istehsalçıları hasilatı 2016-cı ilin yanvar ayı səviyyəsində dondurmağı planlaşdırır. Bu barədə növbəti danışıqlar aprelin 17-də Qətərin paytaxtı Dohada olacaq. 12 ölkə bu tədbirdə iştirakını təsdiqləyib.