Şimali Koreya sakinləri əmindirlər ki, onların milli futbol yığması Braziliyada keçirilən dünya çempionatının finalına çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə yerli xəbər buraxılışlarında deyirlər. Xəbərlərdə Şimali Koreya yığmasının köhnə oyunlarından kadrlar, həmçinin uydurma oyunların nəticələri göstərilir.
Əvvəlcə şimali koreyalı futbolçular guya qrup mərhələsində Yaponiyaya 7:0 hesabı ilə qalib gəliblər. Daha sonra koreyalılar guya ABŞ-ı 4:0, Çini isə 2:0 hesabı ilə məğlub edib və beləliklə də finala yüksəliblər. Bazar günü, yəni bu gün, iyulun 13-də Şimali Koreya yığması Portuqaliya yığması ilə qarşılaşmalıdır.
Finaldakı rəqibin Portuqaliya seçilməsi isə şimali koreyalıların 2010-cu ildəki darmadağını ilə bağlıdır. O zaman Şimali Koreya yığması portuqallara 0:7 hesabı ilə məğlub olmuşdu.