Sinqapur prezidenti Toni Tan tutduğu vəzifədən istefa verib.
Bu barədə Oxu.Az “Rossiya24”ə istinadən xəbər verir.
Siyasətçi ali dövlət vəzifəsində altı il olub. Tan həmçinin baş nazir müavini, müdafiə naziri və dövlət investisiya korporasiyasının icraçı direktoru vəzifələrini tutub.
Sinqapurda yeni seçkilər sentyabrın 23-də keçiriləcək. Liderlik uğrunda üç nəfər mübarizə aparacaq.
N.O.