İsrail Hərbi Hava Qüvvələri martın 13-ü, gün ərzində Tehrana yeni zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bəyanatda bildirilir ki, hücumun əsas hədəflərindən biri "Bəsic" könüllü qüvvələrinin qərargahları olub. Bundan əlavə, İranın daxili təhlükəsizlik qüvvələrinin qərargahına da zərbə endirildiyi qeyd olunub.
Ordunun məlumatına görə, İran paytaxtında hava hücumundan müdafiə vasitələri və raketlərin hazırlanması və sınaqları üçün istifadə edilən bir obyekt də hədəfə alınıb.
Bu hücumlarda İsrail Hərbi Hava Qüvvələrinə məxsus 90-dan çox qırıcı iştirak edib və ümumilikdə təxminən 200 döyüş sursatı istifadə olunub.
İsrail Hərbi Hava Qüvvələri İrana növbəti genişmiqyaslı hücum dalğası həyata keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (SAXAL) məlumat yayıb.
Məlumata görə, SAXAL eyni vaxtda Tehran, Şiraz və Əhvazda İran hədəflərinə zərbələr endirib.
Qeyd olunur ki, zərbələrin hədəflərindən biri Şirazdakı yeraltı obyekt olub. İsrail tərəfinin məlumatına görə, burada raketlər istehsal olunub və saxlanılıb.
Tehranda hava hücumundan müdafiə bazası və bir neçə digər hərbi obyekt, Əhvazda isə müxtəlif hərbi qərargahlar hədəfə alınıb.
Son bir sutkada İranın qərbi və mərkəzi hissəsində 200-dən çox hədəfə zərbə endirilib
Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.
Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcı təyyarəsi İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat məlumatlarına əsasən İranın qərbi və mərkəzi hissəsində 20 genişmiqyaslı hücum həyata keçirib.
"Zərbələrin bir hissəsi olaraq, ballistik raket buraxıcıları, müdafiə sistemləri və silah istehsalı sahələri də daxil olmaqla, İranın 200-dən çox obyekti hədəfə alınıb", - deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, "Aslanın nərəsi" əməliyyatının başlamasından bu günə qədər İsrail Hərbi Hava Qüvvələri İsrail ərazisinə raket atəşini azaltmaq üçün İran terror rejiminin infrastrukturuna yüzlərlə zərbə endirib.