Polşa Slovakiyadan tədbirdən qayıdan Rusiya müdafiə naziri Sergey Şoyqunun Tu-154 təyyarəsini öz hava məkanına daxil olmasına izn verməyib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu haqda təyyarənin bortunda olan RİA “Novosti” agentliyinin müxbiri xəbər verib.
Banska-Bıstriçadan havaya qalxdıqdan sonra Tu-154 təyyarəsinin pilotları yerdən komanda alıblar ki, Polşa Rusiya Federasiyasının müdafiə nazirinin təyyarəsinin uçuşu üçün öz hava boşluğunu vermir.
İnformasiyanı ekipaj üzvlərindən biri RİA “Novosti” agentliyinə deyib.
Təyyarə istiqaməti dəyişib və Bratislavada eniş edib.