“SpaceX” şirkəti 2018-ci ildə iki kosmik turisti bir həftəlik Ay ətrafında uçuşa göndərməyi planlaşdırır.
Oxu.Az xəbər verir ki, şirkətdə uçuş “Dragon 2” kosmik gəmidə, “Falcon Heavy” raket daşıyıcının yardımı ilə həyata keçiriləcək. Sınaq uçuşlar bu il baş tutacaq.
“SpaceX” turistlərin adını açıqlamayıb. Şirkətin rəhbəri İlon Maskın sözlərinə görə, Ay ətrafında səyahət bir həftəyə yaxın vaxta başa gələcək. Uçuş çərçivəsində Ayın səthinə çıxış nəzərdə tutulmur. Şirkətdə turistlərin uçuş üçün ödənişin əsas hissəsinin yatırıldığı bildirilib.
Turistlərin tibbi yoxlamaları və məşqləri bu il başlayacaq.
N.О.
www.oxu.az