Los-Anceles şəhərində keçirilən “Oskar” mükafatlandırma mərasimində “Bəyaz dəbilqələr” (“The White Helmets”) filmi də mükafat alıb.
Oxu.Az milli.az-a istinadla bildirir ki, Suriyada yüzlərlə insanın həyatının xilas olmasından bəhs edən film “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb.
Filmin rejissoru Orlando vin Einsiedel mükafatı qazandıqdan sonra mərasimdəki çıxışında “Quran” ayəsindən sitat gətirib. O, “Maidə” surəsinin 32-ci ayəsini (Bir nəfərin həyatını xilas edən bütün insanları xilas etmiş kimi sayılır) oxuduqdan sonra mərasimdəki məşhurları ayağa qaldırıb, Suriyada müharibənin bitməsi üçün onlardan alqış istəyib.
A.S.
www.oxu.az