Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer hesab edir ki, Rusiyaya qarşı sanksiyalar Hələbdəki vəziyyəti həll etməyə imkan verməyəcək.
Oxu.Az bu barədə RT-yə istinadən xəbər verir.
“Əgər biz Rusiyaya qarşı sanksiyalara dair qərarı görmək istəyənləri dinləsəydik, o zaman bombardmanların sonu olmazdı”, - diplomat “Rheinische Post” qəzetinə verdiyi müsahibəsində bildirib.
Onun sözlərinə görə, sanksiyaların tətbiqi Hələbdə dinc sakinlərin vəziyyətinə təsir etməyəcək.
Daha öncə Rusiya XİN ölkəyə qarşı sanksiyalara Moskvanın cavab addımlarının Vaşinqton üçün ağrılı olacağı barədə bəyanat vermişdi.
N.O.
www.oxu.az