Türkiyə heç vaxt NATO-un birliyini və kollektiv müdafiəni dağıda bilən addımların atılması təşəbbüsü ilə çıxış etməyəcək.
Oxu.Az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.
“NATO-nun gücü və müvəffəqiyyəti o fakta əsaslanır ki, alyansın bir üzvünə hücum baş verərsə, bu, bütün müttəfiqlərdə reaksiya doğuracaq. Mən tamamilə əminəm ki, Türkiyə heç vaxt kollektiv müdafiəni məhv edə biləcək, eləcə də maddə 5-i (NATO-nun müqavilələrini) poza biləcək heç nə etməyəcək”, - Stoltenberq Hurriyet nəşrinə vediyi müsahibəsində bildirib.
Stoltenberq həmçinin söhbt əsnasında Türkiyənin və Rusiyanın S-400 zenit raket sistemlərini alması məsələsinə də toxunub.
“Hansı hərbi texnikanı alacağı və ya investisiya edəcəyi məsələsini hər bir ölkə özü həll edir. Amma biz hər zaman bu texnikanın bütün NATO üzv ölkələri tərəfindən istismar uyğunluğuna diqqət yetirəcəyik. Bu məsələ ilə əlaqələndirəcəyim ismarışın bundan ibarət olduğunu düşünürəm”, - baş katib qeyd edib.
N.O.
www.oxu.az