Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Suriyada dövlət çevrilişinə hazırlığın qarşısı alınıb
Suriya Təhlükəsizlik Xidməti Müdafiə Nazirliyi ilə birlikdə ordunun keçmiş zabitlərindən ibarət qrup tərəfindən təşkil edilmiş dövlət çevrilişinə cəhdin qarşısını alıb.
Oxu.Az-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, bu barədə Suriyanın daxili işlər naziri Anas Xattab məlumat verib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, "devrilmiş rejimin" tərəfdarlarına arxalanaraq hazırkı hökumətin devrilməsi planlaşdırılıb. Hüquq-mühafizə orqanlarının operativ işi və əhalinin dəstəyi sayəsində onların planlarının üstü açılıb.
"Biz əvvəlki rejimin zabitləri tərəfindən hazırlanan dövlət çevrilişi planlarının qarşısını aldıq. Bu, silahlı qüvvələrimizin və xalqımızın səyi nəticəsində mümkün oldu", - deyə rəsmi bəyanatda bildirilib.
"Suriya" teqi üzrə xəbərlər
- Əsədin Suriyadan 500 min dollar pul və qiymətli əşyaları necə apardığı məlum oldu
- Ceyhun Bayramov Suriya XİN rəhbəri ilə telefonla danışıb
- Suriya səfiri Rusiyada sığınacaq istəyinə aydınlıq gətirdi
- Hakan Fidan: "Azərbaycanın verdiyi hər bir dəstək bizim üçün çox dəyərlidir"
- İsrail Türkiyə ilə görüşü təşkil etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edib