Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tacikistanda 1500 cadugər və falçı, 5000 molla saxlanılıb
Tacikistanda hüquq-mühafizə orqanları reyd zamanı cadugərlik və falçılıqla məşğul olan 1500 nəfəri saxlayıb.
Oxu.Az iz.ru-ya istinadən xəbər verir ki, bu barədə respublika Prezidenti Emoməli Rəhmonun saytında məlumat verilib.
"Dövlət başçısının tapşırığına əsasən və daxili işlər orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində respublika ərazisində cadugərlik və falçılıqla məşğul olan 1500 nəfər saxlanılıb", - məlumatda bildirilir.
Qeyd olunur ki, saxlanılan şəxslər respublika vətəndaşlarına öz xidmətlərini göstəriblər.
Bundan əlavə, rəsmi dini təhsili olmayan 5 minə yaxın molla da saxlanılıb. Onlar daxili işlər orqanlarında qeydiyyata alınıblar.
"Tacikistan" teqi üzrə xəbərlər
- Tacikistanda parlament seçkisi keçirilir
- Əli Əsədov Xəzəryanı Dövlətlərin İqtisadi Forumunda niyə rus dilində çıxış edib?
- Mərkəzi Asiya ölkələri futbol üzrə qitə kubokunu birlikdə keçirmək istəyirlər
- Tacikistanın keçmiş xarici işlər nazirinə həbs cəzası verildi
- Tacikistanda dövlət çevrilişi etmək istəyənlərə ağır cəzalar verildi