İndoneziya Prezidenti Prabovo Subianto Cocohadikusumo İsrailə səfər edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Qolos İzrailya" "Telegram" kanalı məlumat verir.
Məlumata görə, bu səfər misligörünməmiş bir hadisə olacaq, çünki İsrail və İndoneziya arasında hələ də diplomatik münasibətlər mövcud deyil.
Materialda qeyd edilir ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir və onun liderinin İsrailə səfəri dialoq və əməkdaşlıq üçün yeni perspektivlər açır. Həmçinin bildirilir ki, İndoneziyanın Avraam razılaşmalarına qoşulması da yaxın gələcəkdə qarşıda duran məsələlərdən ola bilər.