Tel-Əvivin mərkəzində terror aktı nəticəsində ölənlərdən biri İsrailə Azərbaycandan köçüb.
Oxu.Az Izrus-a istinadən xəbər verir ki, 32 yaşlı Mila Mişiyeva İsrailə 25 il bundan öncə Azərbaycandan valideynləri ilə bərabər köçüb.
Onu sabah Aşkelonda dəfn edəcəklər.
Xatırladaq ki, bu gecə Tel-Əvivin mərkəzində silahlı adamlar yoldan keçənlərə atəş açıb.
Terror aktı nəticəsində dörd nəfər ölüb, dörddən çox adam yaralanıb. Polis hücum edən iki nəfəri saxlayıb, onlardan biri yaralanmış halda xəstəxanaya çatdırılıb.