Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
“Trabzonspor” - “Fənərbağça” matçından sonra 12 nəfər saxlanıldı - VİDEO
Ötən gecə “Trabzonspor” - “Fənərbağça” matçından sonra yaşanan qalmaqala görə 12 nəfər saxlanılıb.
Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib.
“Super Liqada “Trabzonspor” - “Fənərbağça” matçından sonra baş verən hadisələrlə bağlı ilkin təsbitlərə görə, 12 nəfər saxlanılaraq nəzarət altına alınıb və barələrində lazımi araşdırmalar aparılır.
İndiyədək müəyyən edilən 12 şəxs barəsində məhkəmə və inzibati proseslərə başlanılıb. İstintaq davam edir”, - deyə nazir bildirib.
Xatırladaq ki, ötən gecə “Fənərbağça”nın 3:2 qalib gəldiyi matçdan sonra “Trabzonspor” azarkeşləri qonaq futbolçulara hücum ediblər və futbol arenası döyüş meydanına çevrilib.
Rəylər