İranın dondurulmuş aktivlərinin bir hissəsi ABŞ-dən ərzaq məhsullarının alınmasına yönəldiləcək.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
"Dondurulmuş vəsaitlər ərzaq məhsullarının alınmasına sərf olunacaq. Həmin məhsullar isə yalnız Birləşmiş Ştatlardan, bizim fermerlərdən satın alınacaq", - deyə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Tehran və Vaşinqton arasında aparılan danışıqların gedişini şərh edərkən bildirib.
ABŞ lideri, xüsusilə, qarğıdalı və soya məhsullarının alınacağını vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens Qətərin İranın dondurulmuş aktivlərinin istifadəsinə nəzarət mexanizminin yaradılmasına dəstək verəcəyini açıqlamışdı.