ABŞ Prezidenti Donald Tramp İranla münaqişədə həlak olmuş dörd amerikalı hərbçinin cəsədinin vətənə gətirilməsi mərasimində iştirak edib.
Oxu.Az "İnterfax" agentliyinə istinadən xəbər verir ki, mərasim Duvrdakı "Dover AFB" aviabazasında baş tutub.
Mərasimdə həmçinin Pentaqon rəhbəri Pit Heqset, ABŞ Qərargah Rəisləri Birləşmiş Komitəsinin rəhbəri Den Keyn və həlak olanların ailələri iştirak ediblər.
Hərbçilərdən üçü İordaniyadakı aviabazalara endirilən zərbələr nəticəsində, biri isə İraqda həlak olub.
ABŞ mediası qeyd edir ki, İranla silahlı münaqişə başlayandan bəri ABŞ hərbçiləri arasında itkilərin sayı 18-ə çatıb.