ABŞ Prezidenti Donald Tramp Kanadanın təyyarə istehsalçısı "Bombardier" şirkətinin Birləşmiş Ştatlarda öz məhsullarını satmaq imkanından məhrum edilməli olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" platformasında yazıb.
"Daha ABŞ-də "Bombardier" satışı olmayacaq! Onların məhsulları kifayət qədər yaxşı deyil! Gəlirlərinin 50%-dən çoxu ABŞ-dən gəlir. Onlar amerikalı alıcıların, Amerika şirkətlərinin, hava limanlarının və xidmətlərinin hesabına yaşayırlar", - deyə paylaşımda bildirilir.
Tramp bu qadağanın təfərrüatı barədə məlumat verməyib.
"Bütün bunlar Kanadanın bizim möhtəşəm Amerika banklarının və şirkətlərinin ölkə ərazisindəki fəaliyyətini blokladığı bir vaxtda baş verir. Onlar hətta Amerikanın "Gulfstream Aerospace" şirkətinə Kanadada biznes aparmağa icazə verməyiblər. Bu, tamamilə ədalətsizdir", - deyə ABŞ Prezidenti qeyd edib.
"Bu era başa çatdı. Əgər onlar bizim bazarımızda olmaq istəyirlərsə, istehsalı burada qursunlar və Amerikaya pul daxılı kimi yanaşmağı dayandırsınlar", - deyə Vaşinqton administrasiyasının rəhbəri əlavə edib.