"İsrail və Livan atəşkəs barədə razılığa gəliblər".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
D.Trampın sözlərinə görə, o, Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışıqları aparıb.
"İki lider ölkələri arasında sülhə nail olmaq naminə ABŞ-nin şərq sahili vaxtı ilə saat 17:00-da (aprelin 17-i Bakı vaxtı ilə 01:00-da) rəsmi olaraq 10 günlük atəşkəsə başlayacaqları barədə razılaşıblar", - deyə Ağ Evin rəhbəri vurğulayıb.
ABŞ prezidenti, həmçinin B.Netanyahunu və C.Aunu sülh danışıqları üçün Vaşinqtona dəvət etmək niyyətində olduğunu qeyd edib:
"Mən Netanyahunu və Aunu 1983-cü ildən bəri İsrail ilə Livan arasında keçiriləcək ilk əhəmiyyətli danışıqlar üçün Ağ Evə dəvət edəcəyəm. Hər iki tərəf sülh tərəfdarıdır və inanıram ki, buna tezliklə nail olunacaq".
D.Tramp liderləri Vaşinqtona nə vaxt dəvət edəcəyini dəqiqləşdirməyib.
Livanın Prezidenti Cozef Aun Ağ Evin rəhbəri Donald Trampla telefon danışığı keçirib. O, telefon danışığı zamanı İsraillə atəşkəs əldə olunması istiqamətindəki səylərə görə Trampa təşəkkür edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Livan rəhbərinin dəftərxanasınn bəyanatında deyilir.
"Tramp Auna atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyi barədə məlumat verib, Livana və onun rəhbərliyinə dəstəyini ifadə edib", - deyə bəyanatda qeyd olunur .
Öz növbəsində C.Aun qeyd edib ki, atəşkəs sülh prosesi üçün başlanğıcdır.