ABŞ Prezidenti Donald Tramp rep ifaçısı Niki Minajın stilindən ilhamlanaraq manikürünü dəyişdirmək istədiyini açıqlayıb.
Oxu.Az-ın "New York Post" nəşrinə istinadən xəbərinə görə, bu barədə Tramp Vaşinqtonda Maliyyə Nazirliyində keçirilən sammitdə Minajla əl sıxışdıqdan sonra zarafat edib.
"Dırnaqlarımı uzatmağı düşünürəm", - deyə o bildirib.
Niki Minaj da öz növbəsində özünü ABŞ prezidentinin ən böyük pərəstişkarı adlandırıb.
Bundan əlavə, Trampın əlindəki qalın tonal krem təbəqəsi ictimaiyyətin diqqətini cəlb edib ki, krem tez-tez əl sıxışmalarından yaranan göyərmələrin üzərini örtmək üçün nəzərdə tutulub.