ABŞ Prezidenti Donald Tramp polad idxalına tətbiq edilən rüsumları 50 faizə qədər artırır.
Oxu.Az -ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə o, Pensilvaniyada "US Steel" zavodunda bildirib.
"ABŞ-yə polad idxalına tarifləri 25 faizdən 50 faizə qaldıracağıq, bu da ölkədə polad sənayesini daha da gücləndirəcək", - deyə D.Tramp bildirib.
Qeyd edək ki, D.Trampın bəyanatı Yaponiya ilə çoxmilyardlıq sərmayələri və Pensilvaniyadakı polad zavodu üzərində ABŞ-nin nəzarətinin saxlanmasını nəzərdə tutan müqavilənin bağlanması fonunda verilib.