ABŞ Prezidenti Donald Tramp ABŞ-yə səfər edən Çin Prezidenti Si Cinpini Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında təyyarənin pilləkənlərində qarşılayıb və görüş zamanlı maraqlı anlar yaşanıb.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat verir.
Məlumata görə, təyyarənin qarşısına qırmızı xalça sərilib və ətrafı boyunca parad geyimində ABŞ hərbçiləri düzülüblər. Tramp və Si Cinpin əl sıxışıblar və bir neçə dəqiqə söhbət ediblər.
Hərbi orkestr Çin və ABŞ himnlərini səsləndirib, artilleriya yaylım atəşi açılıb. "B-1" bombardmançı təyyarələri də daxil olmaqla, ABŞ hərbi təyyarələri aviabazanın üzərindən uçub.
ABŞ Prezidenti və birinci xanım Melaniya Tramp Si Cinpini və həyat yoldaşı Pen Liyuanı avtomobilə qədər müşayiət ediblər, daha sonra onlar aviabazasından helikopterlə ayrılıblar.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin 2025-ci ilin avqust səfəri zamanı qarşılanma mərasimində "B-2" bombardmançı təyyarələrinin uçuşu ilə güc nümayişi etdirmişdi.