ABŞ Prezidenti Donald Tramp Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ölkələr arasında, xüsusən də Rusiya və Çin arasında əməkdaşlığın güclənməsindən narahat olmadığını bildirib.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Ağ Evin rəhbəri amerikalı jurnalist Skott Cenninqsə müsahibəsində müvafiq sualı cavablandırarkən deyib.
Tramp ABŞ-nin dünyanın "ən güclü silahlı qüvvələrə" sahib olduğunu iddia edib: "Onlar (Çin və Rusiya- red.) heç vaxt bizə qarşı hərbi güc tətbiq etməyəcəklər, bu, onların edəcəyi ən pis şey olardı".