Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp transgenderlərə qəzəbləndi: "Kişi DNT-si ilə doğulmusunuzsa, heç vaxt qadın olmayacaqsınız"
"Yalnız iki cins var: kişi və qadın".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Qadınların Tarixi Ayına həsr olunmuş tədbirdə deyib.
"Dörd uzun il ərzində bizim qadınlıq anlayışının özünü aradan qaldırmağa və onu radikal gender ideologiyası ilə əvəz etməyə çalışan bir administrasiyamız olub", - deyə Tramp bildirib.
O, bununla bağlı Bayden administrasiyasını günahlandırıb.
"Onlar hətta "ana" sözünü "insan-valideyn" ifadəsi ilə əvəz etməyə çalışıblar. Ana insan-valideyn olub. Bu, ümumiyyətlə, nə deməkdir?" - deyə siyasətçi qəzəbini dilə gətirib.
Tramp tədbir iştirakçılarına xatırladıb ki, keçən ay o, "Kişiləri qadın idmanına buraxmamaq" adlı sərəncam imzalayıb və bu sərəncam transgenderlərin qadın idmanında iştirakının qadağan edilməsinə yönəlib.
"Nə qədər cərrahi əməliyyat keçirməyiniz və ya hansı kimyəvi maddələr qəbul etməyiniz heç bir əhəmiyyət kəsb etmir, əgər bədəninizin hər hüceyrəsində kişi DNT-si ilə doğulmusunuzsa, siz heç vaxt qadın ola bilməyəcəksiniz. Siz qadın olmayacaqsınız", - deyə Donald Tramp vurğulayıb.
"Məhz buna görə də mən keçən ay kişilərin qadın idman yarışlarında iştirakını qadağan edən tarixi fərmanı qürur hissi ilə imzaladım", - deyə o əlavə edib.
"Transgender" teqi üzrə xəbərlər
- Böyük Britaniya Ali Məhkəməsi transgenderlər haqqında qərar qəbul etdi
- Maskın transgender qızı ABŞ-dən köçür
- Avropadan ABŞ-yə getmək istəyən transgenderlərə çağırış edildi
- Transgender ABŞ-də universitetin pulunun kəsilməsinə bais oldu
- Maskın transgender övladı atasını ittiham etdi: "Cinsiyyətimi satın alıb"