"Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş çox maraqlı və səmimi keçdi. Mən Prezident Putinə qəti şəkildə tövsiyə etdiyim kimi, Zelenskiyə də dedim ki, qətlləri dayandırmağın və sövdələşmənin vaxtıdır".
Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.
"Kifayət qədər qan tökülüb, mülkiyyət xətləri müharibə və cəsarətlə müəyyən edilir. Onlar olduqları yerdə dayanmalıdırlar. Qoy hər ikisi qəlib gəldiyini elan etsin, qoy tarix qərar versin" - Tramp yazıb.