ABŞ Prezidenti Donald Trampın əleyhdarları iyunun 14-də bütün ölkə üzrə etiraz aksiyaları keçirəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə etiraz aksiyalarının təşkilatçıları öz saytlarında məlumat yayıblar.
"No Kings" ümummilli itaətsizlik günüdür. Avtoritarizmi rədd etmək və dünyaya əsl demokratiyanın necə olduğunu göstərmək üçün böyük şəhərlərdən tutmuş kiçik qəsəbələrə, məhkəmə binalarından tutmuş ictimai parklara qədər toplanacağıq", - deyə onların bəyanatında bildirilir.
Təşkilatçılar öz aksiyalarını həmin gün baş tutacaq digər tədbirlər və hadisələrlə əlaqələndiriblər.
Söhbət ABŞ-nin Bayraq Günü, Donald Trampın ad günü, eləcə də Quru Qoşunlarının 250 illiyi ilə bağlı hərbi paraddan gedir.