ABŞ prezidenti Donald Trampın mətbuat katibi Şon Spayser istefa verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı The New York Times nəşri yayıb.
Spayser dövlət başçısına bildirib ki, maliyyəçi Entoni Skaramuççinin ictimaiyyətlə əlaqələr xidmətinə direktor təyin olunması ilə razı deyil.
Qeyd edək ki, Tramp Skaramuççini bu vəzifəyə iyulun 21-də təyin edib. ABŞ lideri Spayserdən istefa verməməyi xahiş etsə də, sonuncu razılaşmayıb.
S.B.
www.oxu.az