ABŞ hökuməti aliens.gov domenini qeydiyyatdan keçirib.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Bu addım ABŞ Prezidenti Donald Trampın yadplanetlilər və UNO-larla bağlı sənədləri açıqlayacağına dair vədindən sonra atılıb.
Hazırda linkə daxil olduqda səhifə boşdur və heç bir məzmun yerləşdirilməyib. Qeyd olunur ki, "aliens" sözü həm yadplanetlilər, həm də ABŞ-də yaşayan əcnəbilər mənasını verə bilər. Buna görə saytın hansı mövzuya həsr olunacağı hələlik məlum deyil.
Bildirilir ki, domen martın 18-də ABŞ Prezidentinin İcra Aparatı tərəfindən qeydiyyata alınıb.