Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Türkiyə Almaniyada dönərin hazırlanmasına dair tələblər irəli sürüb
Türkiyə ilə Almaniya arasında dönərin standartlarına dair mübahisə davam edir.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əgər Türkiyənin şikayəti Avropa İttifaqı ölkələrində qidanın standartlarını tənzimləyən qurumlar tərəfindən qəbul olunarsa, Almaniyada dönərin hazırlanması zamanı buzov və hinduşka ətinin istifadəsi qadağan ediləcək.
Türkiyənin müraciəti, dönərin ən azı on altı aylıq mal ətindən və ya ən azı altı aylıq qoyunun bud və ya kürək ətindən hazırlanmasını tələb edir.
Bundan başqa, tələbə görə, yalnız toyuq döşündən və ya toyuq budlarından hazırlanan toyuq dönəri dönər sayıla bilər. Türkiyənin tələb etdiyi standarta ətin necə basdırılması, nə qədər qalın dilimlənməsinə dair detallar da daxildir.
Məlumatda qeyd olunur ki, Türkiyənin tələbinin məqsədi dönər adının Almaniyada qeydiyyata alınması və onun istifadəsinin qeydiyyatdan keçmiş üsul və spesifikasiyalara uyğun istehlakçılara təqdim edilməsi ilə əlaqədardır.
Rəylər