Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması üçün lazım olan hər şey ediləcək, bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar APA-nın Türkiyə müxbirinə bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, qərargah rəisi bildirib ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir.
“Torpaqlarımızın 20%-i hələ də erməni işğalı altındadır. Torpaqların işğaldan azad edilməsi üçün Türkiyə ilə Azərbaycan müştərək addımlar atacaqmı” sualını H. Akar belə cavablandırıb:
“Hər şey çox gözəl olacaq. Buna əmin olun. Əlimizdən nə gəlirsə, mütləq edəcəyik”.