Türkiyənin Hərbi hava qüvvələri ölkədə qadağan edilmiş kürdistan Fəhlə partiyasının İraqın şimalındakı mövqelərinə zərbələr endiriblər, zərbələr nəticəsində qruplaşmanın 30 üzvü o cümlədən də rəhbərləri məhv edilib.
Oxu.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Baş qərərgahl məlumat yayıb.
Türkiyənin hərbi nazirliyinin verdiyi məlumata görə, Qruplaşmanın liderlərindən bir neçəsi PKK-nın Şimali İraqın Qara kürd muxtar rayonunda mövqelərinə vurulan avia zərbələr nəticəsində məhv edilib, onların adları açıqlanmır.
A.M.
www.oxu.az