Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kemal Okemin Türkiyənin İsraildəki səfiri təyin edildiyini bəyan edib.
Oxu.Az RT-yə istinadən xəbər verir.
“Kamal Okem İsraildə yeni səfir təyin edilib. O, səlahiyyətlərinin icrasına bu gündən başlayacaq”, - Türkiyə prezidentinin sözlərini “Hurriyet” sitat gətirib.
2010-cu ildə İsrailin xüsusi xidmətlərinin iştirakı ilə Qəzza sektorunda blokadı qırma cəhdi nəticəsində doqquz Türkiyə vətəndaşının ölümü ilə nəticələnən hadisədən sonra Türkiyə səfiri ilk dəfə Tel-Əvivdə işə başlayacaq.
N.O.
www.oxu.az