Türkiyənin Kilis əyaləti növbəti dəfə Suriya ərazisindən raket atəşinə tutuldu.
Atılan raketlərin hədəfi Kilis əyalətinin Bilalihabeşi məhləsi olub. Raket mərmilərindən üçü məhəlləyə - 2-si boş sahəyə, biri isə evə düşüb. Nəticədə yanğın baş verib. Bir anda ölümlə üzbəüz qalan insanlar evdən qaçıblar. Hadisə yerinə təcili yardım maşınları gəlib.
Oxu.Az milliyet.com.tr-ə istinadən xəbər verir ki, hadisə zamanı üç nəfər yaralanıb.
Kilis əyalətinin bələdiyyə sədri Hasan Kara hadisə zamanı üç nəfərin yaralandığını bildirib. Həmin şəxslərin yüngül xəsarət aldıqlarını dəqiqləşdirən, bələdiyyə sədri “təssüf ki, terrorun dini, cinsi, irqi olmur, 3 nəfər yüngül xəsarət alıb, şükür ölən yoxdur” deyib.