Rusiyadan Türkiyəyə çarter reysləri iyulun 7-dən bərpa ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Baş Mülki Aviasiya İdarəsi “Twitter” mikrobloqunda məlumat yayıb.
İdarənin məlumatına görə, ümumilikdə, 17 reys həyata keçiriləcək.
İyunun 30-da Rusiya prezidenti Vladimir Putin Türkiyəyə turpaketlərin satışına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı fərman imzalayıb. O, həmçinin hökumətə iki ölkə arasında çarter daşımalarının bərpa edilməsini tapşırıb.