Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan arasında keçiriləcək görüş zamanı Ankaraya Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin göndərilməsi məsələsi müzakirə oluna bilər.
Oxu.Az-ın RİA Novosti-yə istinadən xəbərinə görə, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Ola bilər”, - Peskov “prezidentlərin görüşü zamanı S-400 zenit-raket komplekslərinin Türkiyəyə göndərilməsi məsələsinin müzakirə ediləcəkmi” sualına cavab verərkən deyib.
S.B.
www.oxu.az