Türkiyədə 1922-ci ildə milli ordunun qazandığı qələbə ilə bağlı təsis olunmuş Zəfər bayramı qeyd olunur.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər veir ki, Zəfər bayramı ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dövlət və hökumət nümayəndələri Anıt qəbiri ziyarət edərək, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün məzarının önünə əklil qoyub, xatirəsini yad ediblər.
Bu gün münasibəti ilə meydan və bulvarlar bayramsayağı bəzədilib.
Bayram “Cumhuriyet Meydanı”da davam edib, parad təşkil edilib.