Türkiyədə boğulma təhlükəsi ilə üz-üzə qalan dalğıcı bələdiyyə sədri xilas edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Qafqazinfo” Türkiyə KİV-nə istinadən məlumat verir.
Məlumata əsasən, hadisə Üsküdar faciəsinin anım mərasimində yaşanıb. Suyun altına çələng buraxmaq istəyən iki dalğıcdan birinin vəziyyəti pisləşib. Bələdiyyə sədri xanımı xilas etmək üçün qalstukunu çıxararaq dənizə tullanıb. Onun bu hərəkəti mərasimə qatılanlar tərəfindən alqışlarla qarşılanıb.
N.O.