Türkiyənin Antalya vilayətinin Muratpaşa rayonunda 10 aylıq Asya Gişi boğularaq ölüb.
Valideynləri körpəni oynaması üçün beşiyinə qoyaraq digər otağa keçiblər.
Oxu.Az bu barədə milliyet.com.tr-yə istinadən xəbər verir.
Uşaq beşikdən yerə enməyə çalışarkən, ip onun boynuna dolanıb. Otaqdan gələn xırıltı səsinə körpənin atası – Mehmet otağa gəlib, qızının boynuna dolaşan ipi açaraq onu xəstəxanaya çatdırıb.
Həkimlərin göstərdiyi səyə baxmayaraq körpə Asyanı xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, həlak olan Asyanın valideynləri Türkiyəyə qazanc ardınca gələn Qazaxıstan vətəndaşlarıdır. Aldığı acı xəbərdən sarsılan ana əsəb gərginliyi keçirib. Körpə Asyanın cənazəsi tibbi yoxlamadan sonra torpağa tapşırılmaq üçün valideynlərinə təhvil verilib.