Türkiyədə adı korrupsiya qalmaqalında hallanan daha bir nazir istefaya gedib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, iqtisadiyyat naziri Zəfər Çağlayan və daxili işlər naziri Müəmmər Gülərdən sonra şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraktar da istefa verib.
Ə.Bayraktar millət vəkilliyindən də istefa verdiyini açıqlayıb.
Xatırladaq ki, E.Bayraktarın oğlu Abdulla Oğuz Bayraktar dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Lakin məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçməyib.