Türkiyənin Bursa əyalətinin lak və boya fabrikində baş verən partlayışda ölənlərin sayı 5 nəfərə çatıb.
Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10-dan artıq adam müxtəlif dərəcəli xəsarət alıb.
***
15:24
Türkiyənin qərbində Bursa şəhərində lak və boya fabrikində partlayış baş verib.
Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər həlak olub.
İlkin məlumatlara əsasən, qəza buxar qazanının partlaması nəticəsində baş verib.
Hadisə yerinə xilasedicilər cəlb edilib.
N.O.