Türkiyənin Kocaeli vilayətinin Körfəz qəsəbəsində anası ilə mübahisə etdikdən sonra məktəbin III mərtəbəsindən özünü atmaq istəyən 17 yaşlı qız bədən tərbiyəsi müəllimi tərəfindən xilas edilib.
Oxu.Az Mill.Az-a istinadən xəbər verir ki, sinif yoldaşlarının və müəllimlərinin səylərinə rəğmən pəncərədən düşməyən qızı yan pəncərəyə çıxan bədən tərbiyəsi müəllimi yola gətirmək üçün uzun müddət dil tökməli olub. Müəllimin sözləri sonrası diqqəti dağılan qızı tutan xilasetmə əməkdaşları onu pəncərədən aşağı salıblar.
Göz yaşları içində pəncərədən endirilən qız təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
N.О.