Türkiyənin şərqində yerləşən Aqra əyalətində İran-Türkiyə qaz kəmərində partlayış olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Hadisə İranla sərhəddə Doğubayazit şəhərində baş verib, xəsarət alan yoxdur. Partlayış nəticəsində yaranan yanğın sonradan söndürülüb.
Hazırda qazın nəqli dayandırılıb. Hakimiyyət nümayəndələri partlayışa Kürdistan Fəhlə Partiyasının aidiyyəti olduğunu istisna etmir. Belə ki, partiyanın fəalları daha öncə bu qaz kəmərində təxribatlar törədiblər.
N.O.
www.oxu.az