Türkiyənin Muğla şəhərində, Menteşe rayonunun Zeytinköy məhəlləsində meşə yanğını baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində 136 evdən 30-u yanaraq külə dönüb, bəzi məhəllə sakinləri müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar.
Əraziyə xeyli sayda canlı qüvvə və texnika, 4 amfibiya təyyarəsi, 7 helikopter, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.
***
17:51
Türkiyənin cənub-qərbindəki Muğla vilayətində güclü meşə yanğınları başlayıb.
Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, külək və quru hava şəraiti yanğınla mübarizəni çətinləşdirir.
Yanğınla əlaqədar olaraq yaxınlıqdakı kəndlərdən əhali təxliyyə edilib.
Hazırda yanğının söndürülməsi davam edir. Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.
E.Ə.
www.oxu.az