Türkiyənin şərqində Elazığ vilayətində eyni adlı şəhərdə polis bölməsinin yaxınlığında baş verən partlayış nəticəsində altı nəfər ölüb.
Oxu.Az “Assoşieyted Press”-ə istinadən xəbər verir.
“Reuter”in məlumatına görə, 170 nəfər yaralanıb.
“Daily Sabah” nəşiri qeyd edir ki, xəsarət alanların 14-nün vəziyyəti kritikdir.
11:45
Türkiyədə Elazığ Polis İdarəsi qarşısında bu gün səhər baş verən partlayışın PKK terrorçuları tərəfindən törədildiyi açıqlanıb.
Oxu.Az-ın “Hüriyyet” qəzetinə istinadən verdiyi məlumata görə, terrorçular bomba yüklənmiş avtomobili partladıblar. Partlayışdan sonra atışma baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində 3 mühafizə xidməti əməkdaşı həlak olub, 100-dən çox yaralı var. 150-yə yaxın avtomobilə ziyan dəyib.
11:15
Partlayış Türkiyənin şərqində Elyazıq vilayətində eyni adlı şəhərdə baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb.
“Reuters” agentliyinin məlumatına görə, bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib.
Hadisənin təfərrüatları açıqlanmır.