Türkiyəli jurnalist Timur Soykan ölkəni tərk etmək qadağası ilə şərti olaraq azadlığa buraxılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd edək ki, Soykan iyulun 5-də "X" sosial media platformasındakı paylaşımları ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.
Daha əvvəl İstanbul Baş Prokurorluğu Soykanın paylaşımları ilə "ictimaiyyəti çaşdıran məlumat yayma" cinayəti ilə bağlı araşdırmalara başlayıb.