Türkiyənin Muğla əyalətinin Milas rayonunda 4,7 bal gücündə zəlzələ olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, məlumatı Türkiyə Təbii Fəlakət və Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı yayıb.
İnformasiyaya əsasən, yeraltı təkanların maqnitudası 7 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.
İ.F.