Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Türkiyədən “Meta”ya milyon dollarlıq cərimə
Türkiyənin antiinhisar tənzimləyici orqanı olan Rəqabət Şurası “Meta” korporasiyasına şirkətin fəaliyyəti ilə bağlı başa çatmış iki proses üzrə 1,23 milyard lirə (təxminən 38,5 milyon dollar) məbləğində cərimə kəsib.
Cərimələr tənzimləyicinin 2023-cü ildən bəri ABŞ korporasiyasına qarşı tətbiq etdiyi iki ayrı icraatın yekunu kimi kəsilib.
Onlardan biri “Facebook”, “Instagram” sosial şəbəkələri və “WhatsApp” mesencerinə, digəri isə “Threads” sosial şəbəkəsinə aiddir. Şikayətlər arasında bu xidmətlərin istifadəçilərinin şəxsi məlumatlarının məcburi şəkildə digər “Meta” bölmələrinə ötürülməsi də var.
Mənbə: TRT
Rəylər