Türkiyənin İzmir şəhərində gecə saatlarında başlayan leysan yağışları səbəbindən əsas prospekt və küçələrdə gölməçələr əmələ gəlib, hərəkət çətinləşib.
“Anadolu” agentliyi xəbər verir ki, bir çox bölgədə yollardakı gölməçələr sürücülərə təhlükəli vəziyyət yaradıb.
Şəhərin bəzi yerlərində yığılan su səki səviyyəsini keçib.
Bəzi avtobus dayanacaqlarında gözləyənlər dayanacaqların su basması səbəbindən çətinliklə üzləşiblər.
Xatırladaq ki, dünən İzmirdə həm də silsilə yeraltı təkanlar baş verib.